2013-cü ildən əvvəl istehsal olunan avtomobillərin ölkəyə idxalı qadağan edilir

2013-cü ildən əvvəl istehsal olunan avtomobillərin ölkəyə idxalı qadağan edilir

Tacikistan hökuməti yeni bir qərar layihəsi hazırlayıb.

Deməli, bu qərarə əsasən 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulacaq. Qeyd edək ki, qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu qərar köhnə avtomobillərin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin artması, eləcə də çoxlu sayda xaricdən gətirilən avtomobillər nəticəsində havanın çirklənməsinin artması ilə əsaslandırılır.

Maraqlıda olsa, hər gün tıxac və sıxlıqla üzləşən tacik sürücülərin bəziləri hökumətin bu niyyətini alqışlayırlar.

“Köhnə avtomobillər mühərrikləri köhnəldiyi üçün ətraf mühitə mənfi təsir göstərir. Yeni avtomobillərdə müasir və ekoloji cəhətdən təmiz mühərriklər, daha az karbon qazı emissiyası var. Ona görə də belə bir qərarın qəbulu ilə böyük irəliləyiş olacaq”.

...Guya bunu təzə- “peraqon” sürən sürücülər deyib.

Qeyd edək ki, Tacikistanın hakimiyyət orqanları, xüsusən də hökumət yanında Gömrük Xidməti hələlik bu məsələyə münasibət bildirməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə