Çin dörd peyki uğurla Yer orbitinə çıxarıb

Çin dörd peyki uğurla Yer orbitinə çıxarıb

Çinin “Long March 2D” daşıyıcı aparatı dörd peyki uğurla Yer orbitinə çıxarıb. SİA xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.
Raket bakı vaxtı ilə saat 06:50-da Tayyuan kosmodromunun buraxılış meydançasından buraxılıb.

Məlumatına görə, orbitə üç “Sixiang Earth” məsafədən zondlama peyki və “Lingxi-03” kosmik gəmisi çıxarılıb.

Buraxılış zamanı istifadə edilən “Changerding” raketi maye yanacaqla işləyən ikimərhələli daşıyıcı aparatdır. O, müxtəlif orbital tələblərə malik bir və ya bir neçə peyk buraxmağa qadirdir. Raketin daşıma qabiliyyəti 1,3 tondur.

Aprel ayında Çin kosmosa ilk özəl TL-2 Y1 raketini buraxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə