Ukraynaya verilən Leopard tanklarının təmiri və texniki xidməti mərkəzi Polşada işə başlayıb. SİA xəbər verir ki, bu barədə şənbə günü Polşanın müdafiə naziri Mariuş Blaşçak tviter səhifəsində məlumat verib.
“Qlivitsedə təmir mərkəzi işə başlayıb. İlk iki Leopard artıq Ukraynadan Bumar zavoduna gəlib", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi iyulun 12-də elan etmişdi ki, Polşa və Almaniya Ukraynada müharibədə istifadə olunan Leopard tanklarının təmirini birgə koordinasiya etməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB