İƏT fövqəladə iclas keçirəcək

İƏT fövqəladə iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yaxın vaxtlarda fövqəladə iclas keçirəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, toplantıda son vaxtlar Qərb ölkələrində müşahidə edilən islamofobiya təzahürlərinə qarşı mübarizə məsələsinə baxılacaq.

Bildirilir ki, fövqəladə iclas İraqın tələbi ilə İƏT-in xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

İraq Xarici İşlər Nazirliyi xüsusi bəyanatına əsasən, İsveç və Danimarkada müqəddəs Qurani-Kərimin təhqir olunması ilə bağlı insidentlərdən sonra İraq tərəfinin sorğularına cavab olaraq, “İƏT bu məsələ ilə bağlı vahid mövqeni müzakirə etmək və kollektiv əks-təsir vasitələri hazırlamaq üçün xarici işlər nazirlərinin iclasını keçirəcək”.

Qeyd edək ki, İraq XİN İƏT-in qarşıdan gələn fövqəladə nazirlər toplantısının dəqiq tarixini açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə