Moskvada ticarət mərkəzində isti su borusu partlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada 4 nəfər ölüb, çox sayda insan yaralanıb. Yaralıların cəsədlərində yanıqların olduğu bildirilib.
Partlayış nəticəsində ticarət mərkəzindəki restoranı su basıb.
Moskva meri Sergey Sobyanin verdiyi açıqlamada yaralıların xəstəxanaya aparıldığını bildirib: "Bütün zərərçəkənləri tibbi avadanlıqlarla təmin edirik".
Qeyd edək ki, 2007-ci ildə Moskvada istifadəyə verilən ticarət mərkəzində 150-dən çox mağaza olub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB