Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyənin Afinadakı meşə yanğınları ilə mübarizə çərçivəsində göndərdiyi 2 yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri üçün Türkiyəyə təşəkkür edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afina və Rodos adasında baş verən yanğınlar səbəbi ilə Türkiyə yanğınla mübarizə üçün ölkəyə dəstək verib.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis sosial media hesabında verdiyi dəstəyə görə təşəkkürlərini bildirib: “Meşə yanğınları ilə mübarizəmizdə bizə kömək etmək üçün 2 yanğınsöndürmə təyyarəsi və bir yanğınsöndürmə helikopteri göndərdiyi üçün Türkiyəyə təşəkkürümüzü bildiririk".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB