Avtobus gölməçəyə düşdü və 17 nəfər öldü

Avtobus gölməçəyə düşdü və 17 nəfər öldü

Banqladeşin Calokati rayonunda sərnişin avtobusunun yoldan çıxaraq su hövzəsinə düşməsi nəticəsində azı 17 nəfər ölüb, 45 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, rayonun polis rəisi Məhəmməd Afruzul Huke Tutul bildirib ki, qəza şənbə günü paytaxt Dəkkədən təxminən 200 kilometr cənubda baş verib.

Onun sözlərinə görə, 13 sərnişin yerindəcə ölüb. Yaralıların hamısı yerli xəstəxanalara çatdırılıblar və daha dörd nəfər yolda keçinib. Polis zabiti qeyd edib ki, xəsarət alan sərnişinlərdən bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.

Qurum rəsmisinin sözlərinə görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə