İsraildə etirazçılar parlamenti mühasirəyə alıblar

İsraildə etirazçılar parlamenti mühasirəyə alıblar

Yürüş iştirakçıları çərşənbə axşamı İsrail parlament binasına gəliblər. Onlar burada çadır şəhərciyinin salınmasını nəzərdə tuturlar.

Qeyd edək ki, aksiya bazar günü məhkəmə-hüquq islahatının bəndlərindən biri üzrə səsvermə ilə eyni vaxta təsadüf edir.

Qüds Binyamin Netanyahu hökumətinin Ali Məhkəmədə apardığı islahatla razılaşmayanların etiraz mərkəzinə çevrilib. Bu gün bir neçə on minlərlə insan İsrail parlamentinin binasına gəlib.

Xatırladaq ki, etirazçılar ötən çərşənbə axşamı Təl-Əvivi tərk edərək Qüdsə doğru yürüş ediblər, burada onlara yerli müxaliflər də qoşulub. Polis əlavə təhlükəsizlik tədbirləri görür. Bəzi küçələr bağlanıb. Etirazçılar parlament binası yaxınlığında çadır şəhərciyi qurmağı planlaşdırırlar.

İsraildə yeni etiraz dalğası, Benyamin Netanyahu hökumətinin həyata keçirdiyi məhkəmə islahatlarının bir hissəsi ilə bağlı parlamentdə qarşıdan gələn səsverməyə səbəb olub.

Bu gün etirazçılar qarşısında çıxış edən müxalifət lideri Yair Lapidin sözlərinə görə, Nazirlər Kabinetinin yalnız iki yolu var: ya İsraili məhv etmək, ya da onu xilas etmək.

…İslahatların davam etdirilməsi “İsraili parçalayacaq”, müxalifətlə dialoqa qayıtmaq isə ölkəni xilas edəcək.

Bunu da Lapid bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə