Avtomobil bir qrup qaçışçı ilə toqquşub - ölən və yaralananlar var

Avtomobil bir qrup qaçışçı ilə toqquşub - ölən və yaralananlar var

Tanzaniyanın şimal-qərbində avtomobilin səhər məşqi zamanı bir qrup idmançıya çırpılması nəticəsində azı 6 qaçışçı ölüb, 16 nəfər isə ağır yaralanıb. SİA xəbər verir ki, bu barədə Tanzaniyanın "Citizen" qəzeti məlumat yayıb.

Hadisə Lumala bölgəsində baş verib. Qəzet qeyd edir ki, qaçışçılar "Adden Palace" idman klubunun üzvləridir.

Sürücü avtomobildən düşərək hadisə yerindən uzaqlaşıb, hazırda onun axtarışları aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə