ABŞ hələ ki, Ukraynaya uzaqmənzilli ATACMS raketləri göndərmək niyyətində deyil. “The Washington Post” qəzeti yazır ki, Pentaqon tədarük çatışmazlığının olduğunu və Ukraynanın əslində uzaqmənzilli raketlərə ehtiyacı olmadığını bildirir.
ABŞ rəsmiləri bildiriblər ki, Bayden administrasiyası ABŞ qanunvericilərinin artan təzyiqlərinə və Kiyev hökumətinin tələblərinə baxmayaraq, hazırda Ukraynaya uzaqmənzilli raketlər göndərməməkdə qərarlıdır.
Pentaqon hesab edir ki, Kiyevin ATACMS-dən başqa, daha aktual ehtiyacları var və döyüş meydanında dəyişiklik etmək üçün Ukraynaya kifayət qədər silah göndərilməsinin ABŞ-ın digər mümkün münaqişələrə hazırlığını ciddi şəkildə sarsıdacağından qorxur.
SİA-nın əldə etdiyi məlumata görə, bu gün “Lockheed Martin” ildə cəmi 500 ATACMS istehsal edə bilir. Bu istehsal isə ancaq digər ölkələrə satış üçün nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ arsenalındakı dəqiq sayın məxfi olmasına baxmayaraq, “Lockheed Martin” cəmi 4000 ədəd ATACMS istehsal edib ki, onların da çoxu ABŞ Ordusu tərəfindən döyüşlərdə, təlim və dövri sınaqlarda istifadə olunur.
Onu da qeyd edək ki, 2023-cü ilin sonuna kimi ABŞ anbarlarındakı ATACMS-lər “Prism” adlı yeni nəsil “Precision Strike” raketi ilə əvəzlənməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB