Rus işğalçılarının Qara dənizə raketlərlə təchiz olunmuş sualtı qayıq gətirdiyi məlum olub. “Cənub” əməliyyat komandanlığının məlumatına görə, hazırda Qara dənizdə Rusiya hərbçiləri gəmi qruplaşmasını iyirmi ədəd artırıblar.
“...Düşmən dördə qədər “Kalibr” tipli raketlə təchiz edilmiş sualtı raketdaşıyıcısını döyüş növbətçiliyinə qoyub. Gecəyə yaxın gərginliyin kifayət qədər artması gözlənilir”. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna komandanlığı bildirib.
Vətəndaşlardan panikaya düşməmələri, hava hücumu siqnallarına uyğun reaksiya vermələri, xüsusən də lazım gəldikdə sığınacaqlara getmələri xahiş olunur.
Bunu da Ukrayna tərəfi bildirir.
Rusiya Federasiyası “taxıl sazişi”ndən çıxdığını elan etdikdən sonra Odessa və Odessa vilayətini irimiqyaslı atəşə tutmağa başlayıb.
Ukrayna saytlarının yazdığına görə, iyulun 19-na keçən gecə ruslar bu əraziləri raket və kamikadze dronlarla vurdular. Onlar hətta Sevastopoldakı körfəzdə yerləşən strateji aviasiyadan və “Oniks”dən də istifadə etdilər.
...İyulun 20-də baş verən hücumda səkkiz mülki şəxs yaralanıb, 21 yaşlı bir gənc həlak olub. İyulun 21-nə keçən gecə Rusiya ordusu taxıl terminallarını vurdu - 100 ton noxud və 20 ton arpa məhv edildi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB