Qeydiyyat şöbəsi transgenderin nikahına məhkəmə yolu ilə xitam verib
İrkutskda məhkəmə "cinslərini dəyişən şəxslər arasında" nikahı etibarsız sayaraq onu ləğv edib. Bu barədə prokurorluğa ötən il bu nikahı qeydə alan qeydiyyat şöbəsinin əməkdaşları məlumat veriblər.
“Məhkəmənin bu qərarı Rusiya Federasiyasında ilk qərardır və presedent yaratmışdır”.
SİA-nın əldə etdiyi məlumata görə, bu qeydiyyat idarəsinin bəyanatında deyilir.
Bölgənin reyestr idarəsinin rəhbəri mətbuatla söhbətində qeyd edib ki, Dövlət Duması tərəfindən bu yaxınlarda qəbul edilmiş cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunun təşəbbüskarı məhz İrkutsk qeydiyyat idarəsidir.
İyulun 19-da Federasiya Şurası Rusiyada transseksual keçidi qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib.
Bundan əvvəl isə bu qanun Dövlət Duması tərəfindən qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün onun prezident Vladimir Putin tərəfindən imzalanması qalır.
Amma maraqlıdır ki, İrkutsk qeydiyyat idarəsinin qanun qüvvəyə minməzdən əvvəl nikahı niyə ləğv etdiyi göstərilmir.
Xatırladaq ki, qəbul ediləcək qanun layihəsinə əsasən, Rusiyada transseksual keçidin bir hissəsi kimi cərrahiyyə və hormonal terapiya qadağan ediləcək. Onlara yalnız "uşaqlarda cinsi formalaşmanın anadangəlmə fizioloji anomaliyalarının müalicəsi" üçün icazə veriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB