Çində daşqınlar: 2 mindən çox insan təxliyə edildiyi deyilir

Çində daşqınlar: 2 mindən çox insan təxliyə edildiyi deyilir

Çinin şimal-şərqindəki Liaonin əyalətində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 2 400-ə yaxın insan təxliyə edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Sinxua” agentliyi yayıb.

Məlumata görə, əyalətin bəzi ərazilərində rekord miqdarda yağıntı düşüb.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar ayrı-ayrı ərazi vahidlərinin səlahiyyətli orqanları tərəfindən təhlükənin yüksək (qırmızı) və artan (narıncı) səviyyəsi elan edilib. Daşqın təhlükəsi ilə əlaqədar 116 mədənin işi dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə