...“İzvestiya”nın müxbiri və operatoru, həmçinin “RİA Novosti”nin iki jurnalisti bu gün xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.
Amma, məsələ ilə bağlı danışan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə edilən bu hüçumun təsadüfülüyünə inanmaq istəmir.
SİA-nın əldə etdiyi məlumata görə, diplomat qeyd edib ki, müxbirlər Kiyev rejimi yaraqlılarının dünyanın bir çox ölkəsində qadağan olunmuş kaset bombalarından atəşə tutması ilə bağlı reportaj hazırlamaq üçün material toplayırmışlar.
“...Vaşinqton və onunla yanaşı, Zelenski rejimini uzaqmənzilli raketlərlə təchiz edən London və Paris jurnalistlərin təhlükəsizliyindən narahat olduqlarını ancaq şifahi şəkildə ifadə edirlər, amma əslində onlar terrorçuların sponsorudurlar”-deyən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi “kollektiv Qərb”in Ukrayna ilə birgə hərəkətlərini siyasi qərəzliliyi və disfunksionallığı bir daha təsdiqləyən kinli dar düşüncə adlandırıb.
Xatırladaq ki, bu gün cəbhə bölgəsində ölənin RİA Novosti-nin müxbiri Rostislav Juravlev olduğunu bildirilmişdi. Qeyd edək ki, faciə Pyatixatki kəndi yaxınlığında baş verib.
“İzvestiya”nın müxbiri Roman Polşakov da xəsarətlə yanaşı, bir neçə yara alıb. Onun operatoru Dmitri Şikov da oxşar yara və xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda onların həyatları təhlükədə deyil. Həkimlər üçüncü şəxsi - RİA Novosti-nin əməkdaşını xilas edə biliblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB