Ukrayna Silahlı Qüvvələri Kleşeyevkanı ələ keçirmək cəhdlərindən əl çəkmir.
SİA-nın əldə etdiyi məlumata görə, b barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün rəsmi Teleqram kanalında xəbər verib.
“Rusiya döyüşçüləri verilən tapşırıqların öhdəsindən gəlir və hər gün hücumları uğurla dəf edirlər. Kleşeyevka bizimdir və “Axmat” onu vermək niyyətində deyil”.
Ramzan deyib bunu. Onun sözlərinə görə, Kleşeyevka yaxınlığında düşmənlər daima tarakanlar kimi qaynayıb-qarışır, meşənin arxasında gizlənirlər, lakin rus döyüşçüləri hücumları dəf etməyə və gecə-gündüz düşməni təəccübləndirməyə hazırdırlar.
Qeyd edək ki, daha əvvəl Kadırov, Ukraynadan olan “kiçik bir dəstə”nin Belqorod vilayətinə daxil olaraq, burada Rusiya hərbçiləri üçün ərzaq daşıyan Müdafiə Nazirliyinin maşınına “iyrənc hücum”. etdikləri badədə danışmışdı.
...Və yeri gəlmişkən, Ramzanın “Axmat”ın qoruyub geri çəkilmək fikrində olmadığı Baxmut rayonundakı Kleşeyevka kəndi 512 nəfər ümumi əhalisi olan balaca bir kənddir.
Necə deyərlər, qolunuza çöpdən dirək...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB