Rusiya işğal etdiyi ərazilərdən daha 100 ukraynalı uşağı qaçırıb..?
Ruslar Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində ukraynalı uşaqların assimilyasiyası siyasətini hələ də, özü də fəal şəkildə davam etdirməklə yanaşı, həmən uşaqların şəxsiyyətlərini də məhv etməyə çalışırlar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müqavimət Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, elə bu arada rus işğalçılar daha 100-ə yaxın ukraynalı uşağı mədəni-maarif adlandırılan tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyası ərazisindəki düşərgələrə göndəriblər.
...Uşaqlar Kalançakdan Saranskdakı (Mordoviya) “Lesnaya Skazka” sanatoriyasına aparılıblar. Deyilənlərə görə, uşaqlara “svoi”, onların rus mənsubiyyəti və psevdotarixin Putin versiyası ilə öyrədilməsi haqqında mühazirələr oxunacaq. Rus “aktyorları” da uşaqlar üçün çıxış edəcək və rus ədəbiyyatını öyrədəcəklər.
Ukrayna tərəfinin verdiyi məlumatda belə deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB