Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra bu ölkəyə gələn və ya gəlmək istəyən hər bir turisti bu sual narahat edir: görən, ölkədə yeni zəlzələlərin təkrarlanması mümkündür?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, rusiyalı seysmoloq belə bir ssenarini istisna edib.
Beləliklə, seysmoloq, Rusiya Elmlər Akademiyasının Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun direktoru Pyotr Şebalin RİA Novosti-nin suallarını cavablandıraraq, Türkiyə Respublikasının istirahət mərkəzlərinin zəlzələ təhlükəsi olmadığını əmin edərək, bu qorxuları dəf edib.
Mütəxəssis onu da qeyd edib ki, ölkənin ən çox zərər çəkmiş rayonlarının problemləri Türkiyənin kurort bölgəsinə aid deyil.
“Bu heç bir şəkildə kurortlara təsir etməyib və etməyəcək. Fevralda baş verən zəlzələ ilə tətil mövsümü arasında heç bir əlaqə yoxdur”.
Pyotr Şebalin deyib bunu.
Xatırladaq ki, dağıdıcı zəlzələlərdən sonra mütəxəssislər Türkiyənin bir çox şəhər və qəsəbələrində evlərin vəziyyətini yoxlayıblar. Məlum olub ki, bir çox binalar bu rayon üçün tələb olunan standartlara cavab vermir.
Qeyd edək ki, İstanbuldakı 1,5 milyona yaxın yaşayış binası da bura daxildir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB