...Moskvanın İstra rayonunda kottec kəndinə daxil olan təcavüzkar zərərsizləşdirilib.
SİA-nın Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına istinad edərək, saxlanılma zamanı xidməti silah və xüsusi texnikadan istifadə edildiyini bildirir.
Qeyd edək ki, nazirlik açıqlamasında həmin şəxsin polis əməkdaşlarının qanuni tələblərinə cavab vermədiyini, təslim olmaq çağırışlarına məhəl qoymadığını bildirmişdi. Üstəlik, o, hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətində də açıb.
Məhz buna görə də, “məcburi saxlama” tədbirinin həyata keçirilməsi qərara alınıb və təcavüzkara qarşı xidməti silah və xüsusi texnika tətbiq edilib. Keçirilən tədbirlər nəticəsində qanun pozucusu zərərsizləşdirilib.
Bu Daxili İşlər Nazirliyindən bildirilib.
Maraqlıdır ki, Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn, bir qədər əvvəl Moskva vilayətinin İstra rayonundakı Şervud kottec qəsəbəsində evi ələ keçirən silahlı şəxsin siyasi şüarlar səsləndirdiyi və Kremlə qarşı kampaniyaya getmək üçün silah topladığını bildirmişdi.
Rus deputatın sözlərinə görə, kəndi qoruyan özəl mühafizə şirkətinin əməkdaşları rayon polisinə zəng etdikdən sonra həmin şəxs siyasi şüarlar irəli sürərək avtomat silahdan da atəş açıb. O, həmçinin Kremlə qarşı kampaniyaya getmək üçün bütöv bir silah arsenalı topladığını da söyləyib.
...Şəhər dairəsinin rəhbəri Tatyana Vituşevanın dediyinə görə, tutulan “təcavüzkar” ruhi xəstə imiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB