Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski şənbə günü, iyulun 22-də, Rusiya prezidenti Vladimir Putinin təxribat xarakterli bəyanatları və digər qeyri-dost hərəkətləri ilə əlaqədar Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevin respublikanın Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Beləliklə Yablonski qeyd edib ki, Rusiya səfiri ilə görüş səhər saat 10-da başlayıb və elə də uzun çəkməyib.
“Şənbə günü saat 10.00-da Rusiya Federasiyasının səfiri təcili olaraq Rusiya prezidenti Vladimir Putinin təxribat xarakterli bəyanatları, eləcə də Polşaya qarşı təhdidləri eləcə də ölkəmizə və onun müttəfiqlərinə qarşı digər qeyri-dost hərəkətləri ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb”. - deyə Yablonski bildirib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Vladimir Putin 1939-cu ildə Polşanın Qərb müttəfiqləri tərəfindən alman hərbi maşınını “udmaq” üçün atıldığını xatırlatmışdı: “Bu, Sovet İttifaqı sayəsində bərpa olunan müstəqilliyin və dövlətçiliyin itirilməsinə səbəb oldu”.
Rusiya prezidenti Polşanın İosif Stalinin mövqeyi sayəsində qərbdə əhəmiyyətli ərazilər aldığını da xatırladıb. O vurğulayıb ki, əgər Varşava bunu unudubsa, o zaman Moskva xatırladacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB