Banqladeşin cənubunda sərnişin avtobusunun yoldan çıxaraq gölməçəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub, 35 nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Tribune nəşri yayıb. İlkin versiyaya görə, avtobusun təkəri partladıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtobus aşıb və yol kənarındakı gölməçəyə düşüb.
Sərnişinlərdən 13-ü hadisə yerində, daha 4-ü xəstəxanada ölüb. Ölənlər arasında yeddi azyaşlının və beş qadının olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB