Moskvanın “Vremena Qoda” ticarət mərkəzində qaynar su axan borunun partlaması nəticəsində 4 nəfər ölüb. Bundan əlvə xeyli yaralının da olduğu bildirilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən xəbər verir.
Kutuzovski prospektində yerləşən ticarət mərkəzində, binanın mərtəbələrindən birində boru partlayıb.
Qeyd edək ki, hazırda mətbuat yanıq xəsarətləri alanların sayı ilə bağlı müxtəlif rəqəmlər verir. Bazadan verilən son məlumatlara görə, 9 nəfər yaralanıb. Daha əvvəl telegram kanalı 50 və ya 70 qurban barədə məlumat vermişdi. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
“Baza”nın məlumatına görə, ticarət mərkəzinin bir neçə mərtəbəsini su basıb. Binada bloklanmış ziyarətçilərin ola biləcəyi də istisna edilmir.
Hadisənin səbəbi hələlik məlum deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB