Priqojin Belarusda yeni şirkətini qeydiyyatdan keçirib

Priqojin Belarusda yeni şirkətini qeydiyyatdan keçirib

“Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojin Belarusda “Concord Management and Consulting MMC” adlı şirkətini qeydiyyatdan keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq qeyd respublikanın hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrində yer alıb.

İyulun 19-da Mogilev Vilayət İcraiyyə Komitəsi “Concord Management and Consulting MMC” şirkətini VÖEN 791314882 ilə qeydiyyata aləb ki, qeydiyyat yeri də Osipoviç rayonudur.

Şirkətin rəhbəri, reyestrdən göründüyü kimi, Priqojin Yevgeni Viktoroviç, Belarus şirkətinin təsisçisi Rusiyanın “Concord Management and Consulting MMC”-dir.

Belarus Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin və Fərdi Sahibkarların Vahid Dövlət Reyestrinə əsasən, ölkədə qeydiyyatdan keçmiş bir şirkətin nizamnamə kapitalı 200 Belarus rublu (təxminən 7 min rubl) təşkil edir. Onun əsas fəaliyyəti “daşınmaz əmlakın idarə edilməsi”dir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə