Sergey Verşinin ''Taxıl sazişi'' ilə bağlı bəyanatlar verib

Sergey Verşinin ''Taxıl sazişi'' ilə bağlı bəyanatlar verib

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyə ilə təmasda olduqlarını və ''Taxıl sazişi'' ilə bağlı məsləhətləşmələr apardıqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Sergey Verşinin paytaxt Moskvada ''Taxıl sazişi'' ilə bağlı mətbuat konfransı keçirib.

O, Türkiyənin ''Taxıl sazişi'' çərçivəsində həyata keçirdiyi diplomatik təşəbbüsləri müsbət qiymətləndirdiklərini ifadə edib.

“Mən həm Moskvada, həm də Ankarada çox sayda məsləhətləşmələr aparmışam. Bildirmək istərdim ki, türk həmkarlarımın potensialını, biliyini və peşəkar bacarıqlarını çox yüksək qiymətləndirirəm”.

Verşinin Türkiyə ilə Rusiya arasında yüksək səviyyəli təmasların davam etdiyini bildirib.

“Bizim Türkiyə ilə çox güclü və ənənəvi əlaqələrimiz var. Hazırda onlarla da əlaqə saxlayırıq və hazırkı vəziyyətdə nə edəcəyimiz barədə fikir mübadiləsi aparırıq. Bizim Türkiye ilə həm siyasi, həm də iqtisadi mənada geniş əlaqələrimiz var''.

Verşinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında yüksək səviyyəli təmasların davam etdiriləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə