Türkiyə Yunanıstana yanğınsöndürmə təyyarəsi göndərəcək

Türkiyə Yunanıstana yanğınsöndürmə təyyarəsi göndərəcək

Türkiyə Yunanıstanda davam edən meşə yanğınları ilə mübarizə çərçivəsində bu ölkəyə 2 yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri göndərəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin inventarında qeydiyyatda olan 2 yanğınsöndürmə təyyarəsi və 1 yanğınsöndürmə helikopteri uçuş heyətləri ilə Yunanıstana göndəriləcək'',-deyə məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə