Gəminin qayaya çırpılması nəticəsində 6 nəfər həlak oldu

Gəminin qayaya çırpılması nəticəsində 6 nəfər həlak oldu

Mərakeş sahillərində göyərtəsində mühacirlər olan gəminin qayaya çırpılması nəticəsində 6 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisədən sonra 48 nəfər xilas edilib.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Xilasedicilər 4 nəfərin meyitini sudan çıxarmaq üçün tədbirlər görürlər.

Faktla bağlı araşdırma aparılır.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə