Pakistanlı uşaqlar türk mədəniyyəti ilə tanış olub

Pakistanlı uşaqlar türk mədəniyyəti ilə tanış olub

Pakistanın paytaxtı İslamabadda Yunus Əmrə İnstitutu və Əllamə İqbal Universitetinin əməkdaşlığı ilə pakistanlı uşaqları türk mədəniyyəti ilə tanışlıq məqsədilə yay düşərgəsi təşkil edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunus Əmrə İnstitutunun iki həftə müddətində universitetin ev sahibliyi edəcəyi düşərgədə uşaqlar ənənəvi türk oxçuluq kurslarından tutmuş ənənəvi türk əl işləri və xəttatlıq kurslarına qədər türk mədəniyyətinin müxtəlif elementləri ilə tanış olacaqlar.

Digər tərəfdən proqramda türkcə və süni intellekt kursları ilə yanaşı, türk zəka və strategiya seminarları da keçiriləcək.

Pakistanlı uşaqlar türk dilini öyrənməklə yanaşı, türk mədəniyyətini müxtəlif aspektlərdən tanımaq və yaşamaq imkanı əldə edəcəklər.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə