Cənubi Koreya Sarı dənizə raket atıb

Cənubi Koreya Sarı dənizə raket atıb

Cənubi Koreya Şimali Koreyanın Çin və Koreya yarımadası arasında yerləşən Sarı dənizə bir neçə qanadlı raket atdığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sarı dənizə buraxılışın yerli vaxtla saat 04:00-da baş verdiyi qeyd olunub.

Baş Qərargahdan verilən açıqlamada Cənubi Koreya ordusunun sayıqlığının ABŞ ilə əməkdaşlıqda dəstəkləndiyi bildirilib.

Şimali Koreya iyulun 18-də Şərq dənizində (Yaponiya dənizi) qısamənzilli ballistik raket sınağı həyata keçirib.

42 ildən sonra ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı gəmisi USS Kentucky-ni Cənubi Koreya sularına göndərməsi regionda gərginliyi artırıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə