ABŞ ukraynalı pilotların hazırlanması prosesini sürətləndirir

ABŞ ukraynalı pilotların hazırlanması prosesini sürətləndirir

ABŞ Milli Təhlükəsizlik Müşaviri Ceyk Sullivan F-16 qırıcılarının Ukraynaya çatdırılması prosesi ilə bağlı ukraynalı pilotların təliminə başlamaq üçün mümkün qədər tez hərəkətə keçəcəklərini bildirib, lakin o, dəqiq tarix açıqlamayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sallivan Koloradoda davam edən Aspen Təhlükəsizlik Forumunda Rusiya-Ukrayna müharibəsi və xarici siyasətlə bağlı sualları cavablandırıb.

Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojinin Ukraynadakı müharibənin gedişindən kifayət qədər narazı olduğu üçün üsyan etdiyini müdafiə edən Sullivan, "Rusiya prezidenti Vladimir Putin Ukraynada uğur qazansaydı, Priqojin belə bir şeyə cəhd etməzdi", - deyə bildirib.

Sullivan “Vaqner” qrupunun hazırda Ukraynada döyüşmədiyini bildirərək, onun bəzi elementlərinin Belarusda, digərlərinin isə müxtəlif yerlərdə olduğunu qeyd edib.

Ukraynada aktiv olan Vaqnerin yoxluğunun Rusiyaya baha başa gələ biləcəyini bildirən Sullivan, qarşıdakı aylarda nələrin olacağını təxmin etməyin çox çətin olduğunu söyləyib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə