Bayden süni intellekt barədə xəbərdarlıq edib

Bayden süni intellekt barədə xəbərdarlıq edib

ABŞ prezidenti Bayden Ağ Evdə texnologiya şirkətlərinin rəhbərləri ilə görüşündən əvvəl mətbuat konfransı keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bayden konfransda süni intellektin sosial, iqtisadi və təhlükəsizlik risklərinə diqqət çəkib, eyni zamanda onun “fövqəladə” imkanlar təqdim etdiyini vurğulayıb.

Bu gün texnologiya sahəsində 7 aparıcı şirkətin süni intellektlə bağlı tədbirlərə könüllü şəkildə əməl etməyə razılıq verdiyini bildirən Bayden, buna görə öhdəliklərin təhlükəsizlik, güvən və etibar kimi üç fundamental prinsipə əsaslandığını açıqlayıb.

Bayden bu kontekstdə şirkətlərin texnologiyalarının ictimaiyyətə təqdim edilməzdən əvvəl təhlükəsiz olmasını təmin etmək üçün lazımi sınaq və qiymətləndirmələri həyata keçirəcəklərini bildirib.

ABŞ prezidenti, "Biz inkişaf etməkdə olan texnologiyaların demokratiya və dəyərlərimizə gətirə biləcəyi təhlükələrə qarşı ayıq-sayıq olmalıyıq" ifadəsini işlədib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə