Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket atıb. SİA xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsnə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, hazırda ABŞ və Cənubi Koreya hərbçiləri buraxılan raketlərin xüsusiyyətlərini müəyyən etmək üçün məlumatları təhlil edirlər.
Koreya Respublikasının Silahlı Qüvvələri sonrakı atışların mümkünlüyü ilə bağlı hazır vəziyyətdədir və amerikalı həmkarları ilə əlaqələndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB