Türkiyə hərbçiləri iki terrorçunu zərərsizləşdirib

Türkiyə hərbçiləri iki terrorçunu zərərsizləşdirib

Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçu zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorçuları qazdıqları çuxurlara basdırmağa davam edirik. Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə