Bu arada Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski, Qərb Rusiyanın 7 şərtini yerinə yetirəcəyi təqdirdə taxıl müqaviləsinə qayıdacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Polyanski sözlərini RİA Novosti yayıb.
Beləliklə, rus səlahiyyətlisi birinci şərti Rusiya taxılının və gübrələrinin dünya bazarlarına tədarükü ilə bağlı sanksiyalardan real, “spekulyativ deyil” geri çəkilməsi adlandırıb.
İkincisi, ərzaq və gübrələrin tədarükünə xidmət göstərən Rusiya bankları və maliyyə institutları üçün bütün maneələr aradan qaldırılmalıdır.
Üçüncüsü, Rusiya Federasiyasına kənd təsərrüfatı texnikası və gübrə sənayesi üçün ehtiyat hissələri eləcə də komponentlərin tədarükü bərpa edilməlidir.
Diplomat dördüncü şərti gəmilərin nizamnaməsi ilə bağlı bütün məsələlərin həlli və Rusiyanın ixrac ərzaq mallarının sığortası, ərzaq təchizatının bütün logistikasının təmin edilməsi adlandırıb.
Beşinci şərt odur ki, Rusiya gübrələrinin, onların istehsalı üçün xammal tədarükünün genişləndirilməsi, o cümlədən Tolyatti-Odessa ammonyak boru kəmərinin fəaliyyətinin bərpası üçün maneəsiz şərait təmin edilməlidir.
Altıncısı, Rusiyanın kənd təsərrüfatı sektoru ilə bağlı aktivləri blokdan çıxarılmalıdır.
Yeddincisi, taxıl müqaviləsinin ilkin humanitar mahiyyətinin bərpasıdır.
Polyanskinin fikrincə, o, ehtiyacı olan ölkələrin maraqlarına uyğun işləməli, “zəngin ölkələri daha da zənginləşdirməməlidir”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB