Senator gərginliyin artması ilə bağlı qorxuları dinləməkdən bezib

Senator gərginliyin artması ilə bağlı qorxuları dinləməkdən bezib

ABŞ-ın respublikaçı senatoru Cim Riş Rusiya ilə gərginliyin artması ilə bağlı narahatlıqları dinləməkdən yorulduğunu bildirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, o, bu barədə Aspen Təhlükəsizlik Forumunda bildirib.

“Eskalasiya haqqında danışmağı dayandırın. Əgər eskalasiya etməsəniz, uduzacaqsınız”, - deyən amerikalı siyasətçi əlavə edib ki, belə qorxuları Vaşinqton yox, Moskva yaşamalıdır

Qeyd edək ki, o vaxt, martın 30-da Riş də Ukraynanı dəstəkləmək üçün Rusiya ilə münasibətlərin gərginləşməsini dəstəkləyib.

Bununla yanaşı o, nüvə silahı istisna olmaqla, demək olar ki, istənilən silahın Ukraynaya verilməsini dəstəklədiyini qeyd edib.

Yeri gəlmişkən, bundan əvvəl ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib ki, Rusiya Qərbin gözləntilərinin əksinə olaraq Ukrayna münaqişəsini gərginləşdirməyəcək. O vurğulayıb ki, Moskva mövcud vəziyyəti həll etmək üçün hər cür səy göstərir, lakin Qərb atəşə yağ tökməkdə davam edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə