Terrorçu İqor Qirkinin (Strelkov) həbsi Rusiya elitasında “start” götürməkdə olan çaxnaşmadan xəbər verir. Onlar indi demək olar ki, bütün “Z” icmasını təmizləməyi planlaşdırırlar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak telemarafonun efirində hazırda Rusiya elitasının müharibəni genişləndirmək istəyən bütün radikalları “təmizlənməyə” başladığını bildirib.
Maraqlıdır ki, Podolyak bunu Kremlin artıq onlardan qorxması ilə əlaqələndirir.
Ukraynalı siyasətçiyə görə, onlar müəyyən müddətdə Kreml üçün əsas dayaq idilər, lakin Priqojinin uğursuz üsyanından sonra onlar dayaq kimi etibarlarını itirməklə yanaşı, həm də qorxulu olmağa başlayıblar.
Məhz buna görə də Putin qorxusunu nümayiş etdirərək, onlardan qurtulmağa çalışır.
Bunu deyən Podolyak bu xəbərləri “çox fantastik” xəbər sayır, çünki bu, Putinin yaxın çevrəsində hökm sürəcək qorxunun artması baxımından Rusiyada dönməz proseslərin getdiyindən soraq verir.
Podolyak, Qirkinin saxlanılması və həbsini buna ən bariz nümunə kimi göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB