Müharibə hər an başlaya bilər...

Müharibə hər an başlaya bilər...

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, sülh müqaviləsi imzalanana və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər ölkəsi ilə Azərbaycan arasında yeni müharibə ehtimalı böyükdür.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə AFP-yə bildirib.

Qeyd edək ki, erməni xislətinə sadiq qalan Paşinyan Azərbaycanı Dağlıq Qarabağda soyqırım törətməkdə və orada “qetto” yaratmaqda da “ittiham” edib.

Onun fikrincə, Rusiya və Qərb Laçın dəhlizinin blokadasına son qoyulması üçün Bakıya daha çox təzyiq göstərməlidir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə