Omsk Dövlət Texniki Universitetinin keçmiş müəllimi Dmitri Rudakov Rusiya ordusunu nüfuzdan salmaq barədə inzibati maddə ilə 30 min rubl cərimələnib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Omsk vətəndaş cəmiyyəti” yayıb.
... Rudakov VKontakte səhifəsində jurnalist Mixael Naki ilə Ukraynada müharibənin dayandırılması ssenariləri haqqında videonu dərc etməkdə və müxalifətçi Andrey Pivovarovun müharibə mövzusunun məktəb kurikuluma daxil edilməsi ilə bağlı fikirlərini yenidən dərc etməkdə ittiham olunub.
“Omsk vətəndaş cəmiyyəti” qeyd edir ki, Rudakov məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir. İclasda hakim universitetin keçmiş müəlliminin heç bir vəsatətini təmin etməyib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rudakov müharibə əleyhinə post üçün Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı tərəfindən dindirilmək üçün çağırılıb.
O vaxt ona deyiblər ki, dövlət universitetində müəllim bu cür yazıları dərc etməli deyil, çünki bunu tələbələr oxuyur.
Rudakov may ayında tələbələrin denonsasiyasına görə Omsk Dövlət Texniki Universitetindən qovulub. Onu mühazirələrdə “siyasi ajiotajda”, “ölkəyə, şəhərə mənfi münasibət aşılamaqda” ittiham ediblər.
İşdən çıxarılma səbəbi kimi universitet rəhbərliyi “əxlaqsız hərəkət” göstərilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB