Ruslar Odessada 100 ton noxud və 20 ton arpanı məhv edib

Ruslar Odessada 100 ton noxud və 20 ton arpanı məhv edib

Rusların Odessa vilayətinə hücumu nəticəsində yaralanan ukraynalılar hazırda xəstəxanadadırlar. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bəzi xəstələrin vəziyyəti orta ağırolaraq qalmaqdadır.

...17-21 iyul tarixlərində rusiyalıların Odessa vilayəti ərazisinə raket-dron hücumları nəticəsində 21 nəfər yaralanıb. Yaralananların 2-si uşaq olmaqla 14 nəfəri şəhər və rayon xəstəxanalarına yerləşdirilib.

Qeyd edək ki, bunu Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Telegram kanalında bildirib.

Onun sözlərinə görə, xəstəxanada dörd nəfərin müalicəsi davam etdirilir, onların vəziyyəti orta ağırdır. Buna baxmayaraq, Odessada onlara bütün lazımi yardımlar göstərilir.

Bundan əlavə, bugünkü hücumun iki qurbanı Odessa vilayətindəki xəstəxanalardan birində ambulator müalicə alır. ...Artıq dördüncü gündür ki, rus işğalçıları Odessa vilayətini bombalayırlar. İşğalçılar məqsədyönlü şəkildə liman infrastrukturunu, taxıl ehtiyatlarını, eləcə də sadə ukraynalıların ev və bizneslərini dağıdıb, “hərbi hədəflərin, Ukrayna qüvvələrinin yerləşdirilmə yerlərinin” məğlubiyyətindən və digər cəfəngiyyatlardan danışırlar.

Odessa Hərbi Administrasiyasından verilən məlumata görə iyulun 21-nə keçən gecə ruslar Odessa vilayətindəki taxıl terminallarına raket zərbələri endiriblər. Verilən məlumata görə, həmin gecə düşmən 100 ton noxud və 20 ton arpanı məhv edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə