Hazırda Ukrayna Silahlı Qüvvələrində prezident Zelenskinin və digər komandanlığın hərəkətlərindən ciddi narazılıq artır ki, bu da ölkədə ictimai qarşıdurmaların və iğtişaşların başlamasına səbəb ola bilər.
SİA xəbər verir ki, “Politico” nəşrinin cümə günü, iyulun 21-də verdiyi məlumata görə, bu barədə ukraynalı hərbi həkim danışıb.
Həkim, həmçinin bəzi ukraynalı əsgərlərin niyə bütün ukraynalıların münaqişədə iştirak etmədiklərinə təəccübləndiklərini qeyd edib.
“Mən gizlətməyəcəyəm ki, hərbçilərin sıralarında narazılıq yaranır və bəzi əsgərlər niyə bəzi ukraynalıların münaqi.ədə iştirak etməməsi ilə maraqlanmağa başlayırlar”reyən həkim belə hesab edir ki, əgər hökumət tədbir görməsə və hər bir vətəndaşın silahlı münaqişədə iştirak prosedurunu müəyyən etməsə, ölkədə iğtişaşlar başlayacaq.
Ukrayna Silahlı Qüvvələrinin həkimi vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin bir çox döyüşçüləri artıq bir ildir ki, cəbhə xəttindədirlər və buna görə də onlar mənəvi və fiziki yorğunluq yaşayırlar. Onun fikrincə, Zelenski bu barədə düşünməlidir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı Ukraynanın əks-hücumundan heç bir nəticə olmadığını və bunun Qərbi məyus etdiyini bildirib.
Bundan əlavə, Vladimir Putin “intihar hücumları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin böyük itkilər verdiyinə” diqqət çəkib. Bu isə Ukrayna cəmiyyətində anlaşılmazlıq yaratmağa başlayır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB