Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təmasları planlaşdırmır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri iyulun 21-də Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında yaxın gələcəkdə təmasların planlaşdırılıb-planlaşdırılmadığı sualına mənfi cavab verib.
Onun sözlərinə görə, Rusiya prezidentinin iş qrafikində Türkiyədən olan həmkarı ilə telefon danışığı yoxdur.
Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə “taxıl müqaviləsi”nin davam etdirilməsini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB