Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl Təşəbbüsünün davam etməsini təmin edəcəklərinə inandıqlarını söyləyib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz turu, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinə etdiyi səfərlərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılması təkcə qlobal ərzaq qiymətlərini artırmayacaq, həm də bəzi bölgələrdə aclıqdan tutmuş yeni immiqrasiya dalğalarına qədər bir sıra problemlərə səbəb olacaq.
Türkiyənin buna mane olmaq üçün səylər göstərməkdən çəkinməyəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan deyib:
"İnanıram ki, Rusiya prezidenti cənab Vladimir Putinlə ətraflı danışaraq bu humanitar hərəkatın davam etməsini təmin edəcəyik. Onun da Qərb ölkələrindən müəyyən gözləntilərinin olduğunu bilirik. Qərb dövlətləri də bu məsələdə hərəkətə keçməlidirlər". SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Diplomatiyanın bütün imkanlarından istifadə edəcəklərini bildirən Rəcəb Tayyib Ərdoğan deyib:
"Biz ilk növbədə telefon diplomatiyası vasitəsilə və Putinin avqust ayında səfəri baş tutarsa bu məsələləri ətraflı müzakirə edəcəyik. İnanıram ki, Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik".
Körfəz ölkələri ilə münasibətlərə toxunan Rəcəb Tayyib Ərdoğan deyib:
"Qarşıdakı dövrdə əməkdaşlığımız konkret layihələrlə güclənəcək və inkişaf edəcək. Ümid edirəm ki, bunun iqtisadiyyatımıza müsbət təsirlərini ən qısa zamanda görəcəyik. Körfəz ölkələrinə etdiyimiz səfərlər zamanı Cümhuriyyət tariximizin ən böyük müdafiə və aviasiya müqaviləsi imzalandı".
Rəcəb Tayyib Ərdoğan ŞKTC-yə səfəri zamanı Kıbrıs probleminin həlli ilə bağlı Türkiyenin mövqeyini və təkliflərini bütün dünya ilə bölüşdüklərini açıqlayıb.
“Kıbrısdakı türk xalqının təhlükəsizliyi və rifahı üçün çalışmaqla yanaşı, adanın davamlı və ədalətli sülhə nail olması üçün diplomatik səylərimizi davam etdirəcəyik”,-deyə Türkiye Prezidenti vurğulayıb.
Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahunun gələn həftə ayrı-ayrılıqda Türkiyeyə gələcəyinə işarə edən Rəcəb Tayyib Ərdoğan deyib:
"İsrailin baş naziri Binyamin Netanyahu ilə ilk dəfədir ki, təmasda oluruq. Ümid edirəm ki, bu inkişaf Türkiyə-İsrail münasibətlərində daha isti bir dövrün başlanğıcı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



