Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 100 baza bəndi artıraraq 8,5 faizə çatdırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bankdan verilən açıqlamada ölkədə inflyasiya gözləntilərinin artmaqda davam etdiyi qeyd edilib.
Daxili tələbin istehsal gücünü aşdığına diqqət çəkilərək, bu vəziyyətin iqtisadiyyatda inflyasiya təzyiqini artırdığı bildirilib. 2024-cü ildə inflyasiyanın 4 faizə endirilməsi hədəfinin hələ də qüvvədə olduğu vurğulanan açıqlamada, “Rusiya Mərkəzi Bankı siyasət faizini yüzdə 8,5-ə yüksəltməyə qərar verdi” ifadəsi işlədilib.
Açıqlamada bu il iqtisadiyyatın 1,5-2,5 faiz artacağı gözlənilir. Rusiya Mərkəzi Bankı 2022-ci ilin fevral ayında Qərb ölkələrinin sanksiyaları səbəbindən siyasət faiz dərəcəsini 9,5 faizdən 20 faizə qaldırdıqdan sonra faiz endirimi prosesinə daxil olub və 2022-ci ilin sentyabrında keçirdiyi iclasda faiz dərəcəsini 7,5 faizə endirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB