İsveç məhsullarına "boykot" çağırışı edildi

İsveç məhsullarına "boykot" çağırışı edildi

Misirdəki Əl-Əzhər İnstitutu Stokholmda Qurani-Kərimə edilən hücuma cavab olaraq müsəlmanları İsveç məhsullarını boykot etməyə çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki,

Əzhərin "Tvitter" hesabından verilən açıqlamada İsveç səlahiyyətlilərinin sözdə “ifadə azadlığı”nı əsas gətirərək İslamın müqəddəs yerlərinə qarşı həyata keçirdikləri təxribatçı hərəkətlər şiddətlə pislənilib.

“Terrora və düşmənçiliyə dəstək” olaraq xarakterizə edilən bəyanatda İsveçin Qurani-Kərimin yandırılmasına icazə verən mövqeyini davam etdirməsi də yer alıb: "Bu terrorçu cinayətkarların Quranı yandırmasına icazə vermək digər dinlərə və insanlara qarşı olduğu kimi İslam dininə də qarşı cinayət törətmək deməkdir. Qurana qarşı hücumlar bu icmaların alnına ləkədir, onların həqiqi azadlıqdan və dinlərə hörmətdən uzaq olduğunu sübut edir. Əzhər dünyanın bütün azad insanlarını Qurani-Kərimə dəstək olaraq İsveç məhsullarını boykot etməyə davam etməyə dəvət edir”.

İsveçin Qurana münasibətinə qarşı qətiyyətli mövqe tutmamağın "cinayətkarları həvəsləndirmək" mənasına gəldiyi vurğulanan bəyanatda İslam və ərəb ölkələrindən İsveçin müsəlmanlara qarşı siyasətinə qarşı mövqelərində həmrəy olmağa çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə