Xəyallarını idarə etmək üçün başını deşdi - FOTO

Xəyallarını idarə etmək üçün başını deşdi - FOTO

Rusiyada bir şəxs xəyallarını idarə etmək və ora çip yerləşdirmək üçün başını dəmirlə deşib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Novosibirsk şəhərində yaşayan 40 yaşlı Mixail Raduqa yuxularını idarə etmək və izləmək üçün çip hazırlayıb. Təxminən 2 ay əvvəl bir klinikaya müraciət edən və çipin beyninə yerləşdirilməsini tələb edən Raduqa verdiyi açıqlamada, klinikanın riskli əməliyyatı rədd etməsindən sonra çipin necə yerləşdiriləcəyini anlamaq üçün internetdə araşdırma apardığını və skeletlər üzərində işləməyə başladığını bildirib.

Raduqa uşaqlığından bəri xəyallar üzərində işlədiyini və son bir il yarımdır bu mövzuda təcrübələr apardığını bildirib. Bir müddət sonra Raduqa çipi başına yerləşdirmək qərarına gəlib və dəmirlə kəlləsini deşib. Qan itirməyə başladığını anlayan Raduqa ən yaxın xəstəxanaya müraciət edib. Əməliyyata aparılan Mixail Raduqanın kəllə sümüyünə yerləşdirilən çip çıxarılarkən onun həyati təhlükəsinin olmadığı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə