Belçika Konstitusiya Məhkəməsi Belçikanın Flaman bölgəsində ibadət yerlərinin xaricdən maliyyələşdirilməsinə qadağa qoyulmasını ehtiva edən fərmanın ləğvi üçün edilən müraciətə haqq qazandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Flaman bölgəsində 22 oktyabr 2021-ci ildə “yerli dini icmaların tanınmasını, dini qurumların öhdəliklərini və bu öhdəliklərin monitorinqini tənzimləyən və tanınmış ibadət yerlərinin maddi təşkili və fəaliyyətinə dair 7 may 2004-cü il tarixli fərmanda dəyişiklik edilməsi haqqında” fərman verilib.
Belçika Dini Fondu, Belçika Alban Məscidləri Birliyi, Belçika İslam Federasiyası və Belçika Müsəlman Birliyi tərəfindən təmsil olunan Belçika İslam Əlaqələndirmə Şurası, fərmandan Konstitusiya Məhkəməsinə şikayət verib. Konstitusiya Məhkəməsi 20 iyul 2023-cü il tarixli qərarında ərizəni “dini etiqad azadlığının pozulduğu” əsası ilə əsaslı hesab edərək, fərmanın bəzi maddələrini ləğv edib. Məhkəmə, ibadət yerlərinin xaricdən birbaşa və ya dolayı yolla dəstəklənməsini və ya maliyyələşdirilməsini qadağan edən Flaman bölgəsi fərmanının konstitusiyaya zidd və din və ibadət azadlığına zidd olduğuna qərar verib. Məhkəmənin qərarında xaricdən maliyyə və dəstəyin yerli dini icmaların müstəqilliyinə xələl gətirəcəyi müddəasının kifayət qədər aydın olmadığı və bunun “ibadət azadlığına qeyri-mütənasib müdaxilə” olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB