Pakistan Xarici İşlər Nazirliyi İsveçdə Qurani-Kərimi hədəf alan təxribatı kəskin şəkildə pisləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada fikir və etiraz azadlığı adı altında qəsdən dini ədavətin qızışdırılmasına yol verilməsinə haqq qazandıra bilməyəcəyi vurğulanıb.
Bəyanatda deyilir: “İsveçdə Qurani-Kərimə qarşı islamofobik hörmətsizlik şiddətlə qınanıb”.
Dünyada 2 milyarddan çox müsəlmanın hislərini incidən bu cür islamofob hadisələrin təkrarlanması hüquqi və əxlaqi baxımdan iyrəncdir. Beynəlxalq ictimaiyyəti bu cür islamofob hərəkətləri birmənalı şəkildə pisləməyə çağıran bəyanatda İslamabadın narahatlığının İsveç rəsmilərinə çatdırıldığı qeyd edilib. İsveçdə yaşayan iraq əsilli Salvan Momika bu gün Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdalayıb. Bunun üzərinə Bağdad rəhbərliyi İsveçin Bağdaddakı səfiri Cessika Svardstromdan ölkəni tərk etməsini istəyib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də Xarici İşlər Nazirliyinə İsveçin İraqdakı səfirliyindən müvəqqəti işlər vəkilini geri çağırmağı tapşırıb. İsveçdə yaşayan iraq əsilli Momika Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin himayəsi altında Quranı yandırıb. Başda Türkiyə olmaqla İslam ölkələri ilə yanaşı, bəzi dövlətlər, o cümlədən Rusiya hadisəyə reaksiya verib. Bağdadda Sədr Hərəkatı tərəfdarları Qurana qarşı gözlənilən aksiyaya qarşı gecə saatlarında İsveç səfirliyinə basqın edərək binanın bəzi hissələrini yandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB