"Şimali Koreya, Cənubi Koreya və ABŞ-a qarşı nüvə silahından istifadə edərsə, bu, onların sonu olacaq". SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib.
"Şimali Koreyanın Cənubi Koreya-ABŞ müttəfiqliyinə qarşı hər hansı nüvə hücumu olacağı təqdirdə, o, ittifaqın dərhal, böyük və qətiyyətli cavabı ilə qarşılaşacaq və bununla da hücumun Şimali Koreya rejiminin sonu ilə nəticələnəcəyini bir daha şiddətlə xəbərdar edirik", - nazirliyin bəyanatında deyilir.
Şimali Koreyanın müdafiə naziri Kanq Sun-Namın iyulun 20-də verdiyi bəyanatdan sonra xəbərdarlıq edilib ki, Cənubi Koreyanın Busan limanına ABŞ nüvə sualtı qayığının çağırılması Pxenyanın nüvə silahından istifadə etməsi üçün şərt ola bilər.
ABŞ-ın Cənubi Koreya-ABŞ Nüvə Məsləhət Qrupunun ilk iclası zamanı bu həftə Cənubi Koreyanın Busan limanında nüvə ballistik raket sualtı gəmisi olan “USS Kentucky” çağırılıb. Cənubi Koreya prezidenti Yoon Suk Yeol sualtı qayığa minib.
ABŞ prezidenti Co Bayden və Cənubi Koreyalı həmkarı aprel ayında Vaşinqton Bəyannaməsini qəbul ediblər və bu bəyannamədə çəkindirmə imkanlarını nümayiş etdirmək üçün addımlar müəyyən edilib. Bunlara ABŞ-ın nüvə ballistik raket sualtı qayıqlarının, təyyarədaşıyıcılarının və bombardmançılarının Cənubi Koreyaya müntəzəm səfərləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB