Polşa Ukraynanı yalnız Polşa üçün faydalı olanda dəstəkləyəcək..?

Polşa Ukraynanı yalnız Polşa üçün faydalı olanda dəstəkləyəcək..?

Polşa Ukraynanı yalnız özünə faydalı olanda dəstəkləyəcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir bəyanatla Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski çıxış edib.

Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi Ukraynanın baş naziri Denis Şmıxalın bəyanatlarını şərh edib.

Onu da qeyd edək ki, söhbət Ukrayna hökuməti başçısının sosial şəbəkələrdəki postundan gedir. Məsələ ndadır ki, Şmıxal Polşanın Ukrayna taxılının idxalına qoyulan qadağadan narazılığını ifadə edərək, bu qərarı qeyri-dost və populist addım adlandırıb.

“...Mən bu rekordu gördüm və hesab edirəm ki, bu, diplomatik eləcə də çox da ağlabatan bəyanat deyil. Polşa Ukraynaya böyük ölçüdə kömək edir, böyük miqdarda dəstək verir”.

Deyim ki, TASS bunu Yablonskidən sitat gətirir.

Eyni zamanda, Polşa xarici işlər nazirinin müavini vurğulayıb ki, Varşavanın Kiyev və ya onun digər müttəfiqləri üçün etdiyi hər şey Polşa milli dövlət maraqlarının həyata keçirilməsi üçün zəruri olduğu üçün edilir.

“...Biz çox geniş bir sahədə Ukraynanı dəstəkləyirik, lakin bəzi sahələrdə Polşa üçün faydalı olduğu dərəcədə Ukraynanı həmişə dəstəkləyirik. Razılaşmadığımız mövzular varsa, o zaman bu barədə aydın danışmaqdan çəkinmirik”.

Bunu da polşalı rəsmi bildirib.

Sonda Polşa xarici işlər nazirinin müavini Şmıqala aqressivlik göstərmək əvəzinə Varşavadan Kiyevə gələn yardımı təhlil etməyi təklif edib.

Yeri gəlmişkən xatırladaq ki, bu gün səhər saatlarında Ukraynanın baş naziri Denis Şmıqal öz Twitter səhifəsində, Polşanın Ukrayna taxılının idxalına qoyulan qadağanın uzadılması təşəbbüsünü Ukraynaya qarşı qeyri-dost addım kimi dəyərləndirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə