Şimali Koreya ABŞ-ı hədələyib

Şimali Koreya ABŞ-ı hədələyib

"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus strateji sualtı qayığının Cənubi Koreyanın Busan limanına daxil olması bizim nüvə silahından istifadə etməyimizə səbəb ola bilər”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri Kanq Sun Nam deyib.

“Biz ABŞ ordusuna xatırladırıq ki, strateji yerləşdirmələrin, o cümlədən strateji nüvə sualtı qayıqlarının görünməsinin artırılması nüvə silahının istifadəsi şərtlərinə daxildir”-deyə, o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə