Yanğınsöndürən helikopter qəzaya uğrayıb

Yanğınsöndürən helikopter qəzaya uğrayıb

Kanadada helikopter qəzaya uğrayıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Hadisə nəticəsində pilot ölüb.

Helikopter meşə yanğınları ilə mübarizədə iştirak edirdi.

Bununlada 2023-cü ildə Kanadada meşə yanğınları ilə mübarizədə üç pilot ölüb.

Kanadanın fövqəladə hallara hazırlıq naziri Uilyam Bleyer ötən həftə ölkədə 900-ə yaxın aktiv yanğının olduğunu və bunların yarısının hələ nəzarət altına alınmadığını bildirib.

Ən çox yanğın Alberta, Britaniya Kolumbiyası, Kvebek və Ontario əyalətlərində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə