Rusiya vətəndaşı İrəvanda pəncərədən yıxılıb?

Rusiya vətəndaşı İrəvanda pəncərədən yıxılıb?

Rusiya vətəndaşı Ermənistan İstintaq Komitəsinin iqtisadi cinayətlərin və qaçaqmalçılığın araşdırılması üzrə baş idarəsinin binasının beşinci mərtəbəsinin pəncərəsindən yıxılması nəticəsində ölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, 30 yaşlı Rusiya vətəndaşı tərəfindən onun adına narkotik vasitə, demetoksifenetilamin olan bağlamanın alınması barədə əməliyyat məlumatı daxil olub. Nəticədə cinayət işi başlanıb.

Həmin şəxs bir gün əvvəl nəzarətə götürülüb. İqtisadi cinayətlərin və qaçaqmalçılığın istintaqı idarəsinin binasına gətirilib.

İstintaq hərəkətləri başa çatdıqdan sonra onun guya pəncərədən yıxıldığı qeyd edilib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə